Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!