"Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür".

Bunu "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

 R.Abdullayev ANS TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.  O, deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.