Nardaranda vəziyyət dəyişməz olaraq qalır.
Mia.az Trend-ə istinadən məlumat verir ki, bu gün rayon rəhbərliyi ilə görüşən ağsaqqalların danışıqlarında ümumi məxrəcə gəlinmədiyi üçün, kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.
Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafında yığılıblar.
Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.
Yeri gəlmişkən, "Azərişıq" ASC qəsəbəyə işıq verilməməsini sakinlərin borcu ilə əlaqələndirib.
Mia.az