Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Bu haqda Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində məlumat yayıb.
XİN başçısı qeyd edib ki, noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb: "Görüşdə kökü ortaq bağlara dayanan əməkdaşlığımızın hazırkı durumunu və gələcək inkişaf perspektivlərini müzakirə etdik".