Doğrusu birinin Putinə həddini bildirməsindən məmnun oldum. Müttəfiqi Suriya tələb etdiyindən Putinin son dərəcə həssas olan sərhəd bölgəsinə həmlə edir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki keçmiş səfiri (2008-2010-cu illərdə), Corc Buşun prezidentliyi dövründə milli təhlükəsizlik üzrə müşavirlik etmiş Ceyms Cefferi "Fox Business" telekanalına müsahibəsində deyib.

Rusiyanın döyüş təyyarəsinin Türkiyə sərhədini pozmasını Moskvanın təkzib etməsindən danışan səfir deyib: "Ruslar İŞİD-i deyil, Əsəd rejiminə qarşı savaşan türkmənləri bombalayır. Təyyarənin vurulduğu yerin yaxınlığlnda İŞİD-in heç bir mövqeyi yoxdur. Rusiya üçün İŞİD bir bəhanədir. O, indi İran və "Hizbullah"la əlbir olub, bölgədəki nüfuzunu artırmaq istəyir. Bunun üçün də onun İŞİD-ə ehtiyac var. Ruisyanın İŞİD-i məhv etmək niyyəti yoxdur. Rusların Orta Şərqə zorla girməsi son dərəcə təhlükəli olmaqla yanaşı, həm strateji, həm də taktik baxımdan qaydaları dəyişdirən bir həmlədir ".
ABŞ-ın keçmiş səfiri: