Nardaranda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Nardaran sakinləri "İmam Hüseyn" meydanına toplaşıblar. Onlar özləri ilə daşlar, dəmirlər parcaları gətiriblər.

Nardaran sakinlərindən birinin Bizimyol.info-ya dediklərinə görə, evdə dəmir səsindən oturmaq olmur. Qadınlar əllərinə aldıqları "lom"larla qaz borularını döyəcləyirlər.

Qeyd edək ki, Bu gün saat 13:00 radələrində Bakıda xüsusi əməliyyat keçirilib.

Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Nardaranda barrikadalar qurulur  -  Fotolar
Nardaranda barrikadalar qurulur  -  Fotolar
Nardaranda barrikadalar qurulur  -  Fotolar
Nardaranda barrikadalar qurulur  -  Fotolar
Nardaranda barrikadalar qurulur  -  Fotolar
qafqazinfo.az