Prezident İlham Əliyev bu gün dörd universitetin rektorlarının vəzifədən azad edilməsi barədə sərəncamlar imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən, Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən, Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən, Ağacan Qulam oğlu Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, hər 4 rektor deputatdır. Və bu səbəbdən hələ seçki ərəfəsində qarşılarına iki yol qoyulmuşdu: Ya mandat, ya rektor. 

Görünür, bu rektorlar mandatı rektorluqdan üstün tutublar.

Mia.az