Bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək.

APA-nın məlumatına görə, ilk sessiyada Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək.

Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.