Bu gün Bakı metrosunun "Azadlıq" stansiyasının yaxınlığında intihara cəhd olub.
Mia.az lent.az-a istinadən xəbər verir ki, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
ANSpress-in məlumatına görə, intihara cəhd edən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov olub. Respublika Yanıq Mərkəzinə yerləşdirilən yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.
Özünü yandıran şəxs borcu olduğu üçün bu yola əl atdığını deyib.
***
AzNews.az isə xəbər verir ki, intihar cəhdi ilə bağlı daha bir maraqlı məqam var. Belə ki, özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub. O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb. Banka borclu olan şəxs R.Göyüşovdan "Muğanbank”da işləyən oğlu və Mərkəz filialının sədri Rəşad Göyüşovdan və qardaşı oğlu "Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Urfan Göyüşovdan ona güzəşt etməsi üçün xahiş etməsini istəyib. Lakin R.Göyüşov oğlunun, eyni zamanda qardaşı oğlunun işlərinə qarışmadığını bildirib və banka müraciət etməsini məsləhət görüb.
"Muğanbank"dan isə bildirilib ki, özünü yandıran kişi onların müştərisi olmayıb...
Dəhşətli intihara cəhd hadisəsinin videosunu təqdim edirik: