Müdafiə Nazirliyinin ordu korpuslarının komandirlərinin yerdəyişməsi aparılıb.
Müsavat.com-un yaydığı məlumata görə, Şəmkir korpusunun komandiri, general-leytenant Rövşən Əkbərov yenidən Bakı korpusunun komandiri təyin edilib. Bakı korpusunun əvvəlki komandiri Xaqani Cəbrayılov isə Beyləqan korpusuna aparılıb.
Xatırladaq ki, general Rövşən Əkbərov 2011-ci ildə Şəmkirə məhz Bakı korpusundan getmişdi.