Bu gün Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub. 

Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir. MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.

Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.