Prezident İlham Əliyevin adıyla Prezident Administrasiyasından Azərbaycanın rayon və şəhər icra başçılarına tapşırıq verilib.
Bu barədə Mia.az-a verilən məlumata görə, icra başçılarına yerlərdə əhalinin şikayətlərinə, onları narazı salan problemlərə həddən artıq həssas yanaşmaq tələb edilib:
"Tapşırılıb ki, əhali arasında narazılığa səbəb olacaq addım atılmasın, onların problemlərinə diqqət və qayğı göstərilsin, narazılarla kobud davranışlara son qoyulsun. Əks halda, həmin icra başçılarına qarşı sərt tədbir görüləcəyi haqda qəti xəbərdarlıq olunub".
Mia.az