Daxili işlər naziri Ramil Usubov daha bir dəyişiklik edib. 

Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Sumqayıt şəhər mühafizə polisinin rəis müavini Cavid Məmmədov işdən çıxarılıb.

Nazirin digər əmri ilə C.Məmmədov nazirliyin Baş Mühafizə İdarəsinin texniki şöbəsinə inspektor təyin olunub.

C.Məmmədov artıq bir neçə gündür ki, yeni vəzifəsinin icrasına başlayıb.

Mia.az