MTN-də vəzifədən çıxarılanlar, həbs olunanlarla yanaşı, yeni təyinatlar da cəmiyyətin əsas diqqətindədir.
Mia.az-a daxil olan məlumata görə, dünən Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilən polkovnik İsmayıl Bağırov peşəkar kadrlardandır.
Mia.az-a verilən məlumata görə, İsmayıl Bağırov keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun ən etibarlı kadrı və onun köməkcisi olub.
Məlumata görə, MTN-lə bağli bəzi məsələlərdə yeni rəhbərlik təcrübəli cekst kimi N.Abbasovun köməyindən istifadə etməkdə qərarlıdır...
Mia.az