Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, eks-nazir Eldar Mahmudovun "kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.

Mia.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, Ruslan Çovdarov işdən öz ərizəsi ilə azad olunub.