Milli Təhlükəsizlik Nazirliyinin daha bir idarə rəisi, polkovnik Nazim Lətifovla yanaşı, Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

Mia.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb. 

Qeyd edək ki, işdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur.