Səbail rayon Yol Polis Şöbəsinin rəisi, polis mayoru Zaur Aydın oğlu Cəfərov tutduğu vəzifədən azad olunub.

BAKU.WS-in məlumatına görə, Zaur Cəfərov 2005-ci ildə həmin vəzifəyə təyin edilmişdi.

Hazırda Səbail rayon Yol Polis Şöbəsinin rəis vəzifəsinə heç kim təyin olunmayıb. Həmin vəzifəni müvəqqəti olaraq rəisin müavini müvəqqəti olaraq icra edir. 

Mia.az xəbər verir ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin sabiq rəisi Arif Qaraşovun qızının həyat yoldaşıdır. Zaur Cəfərovun atası Aydın Cəfərov da uzun illər yol polisi sistemində yüksək vəzifə sahibi olub...