Prezident İlham Əliyev dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsi qaydaları barədə fərman imzalayıb.
Mia.az bildirir ki, bu fərmana görə dövlət qurumları qrantlar verərkən Prezident yanında QHT Şurası ilə razılşadırmalıdırlar.
Sərəncamda deyilir:
"Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası” təsdiq edilsin”.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.