Azərbaycan Milli Məclisinin Sədri Oktay Əsədov Bakı və Gəncə apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar imzalayıb.
Məlumata görə, qərarda deyilir: "1. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəfərov Namiq Şamil oğlu,
Hacıyev Sənan Firudin oğlu,
Hüseynov Abiddin Qabil oğlu.
2. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.
3. Bu Qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir”.