Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib.

Mia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Mia.az-ın dəqiqləşdirdiyi məlumatda isə xəbər təkzib olunub. Bildirilib ki, polis rəisi vəzifəsinin başındadır: "Əgər belə bir əmr olarsa, kollektivə elan edilərdi. Hələki İlqar Mahmudov yerindədir".