MTN-in daha iki yüksək rütbəli generalı ilə bağlı sensasion məlumat var.
Bu barədə virtualaz.org saytına məlumatlı mənbələrdən informasiya verilib.
Məlumata görə, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədov ev dustağı edilib. H.Əsədovla yanaşı, MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə oxşar qərar verilib.
Baş Prokurorluqdan isə generallar Hilal Əsədovla Fərhad Vahabovun saxlanması faktını nə təsdiq, nə də təkzib etməyiblər.