Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Mia.az xəbər verir ki, qəbulda birgə regional layihələrin, o cümlədən "Cənub” qaz dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.