Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudov vəzifəsindən azad edilib. 

Qeyd edək ki, o, 23 iyul 2004-cü il tarixdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri təyin olunmuşdu.