Oktyabrın 16-sı axşam saatlarından başlayaraq Quba rayonunun iki yaşayış məntəqəsinə qar yağıb.

Azərtac xəbər verir ki, qar rayonun ən ucqar yaşayış məntəqələrindən olan Xınaqlıq və Qırız kəndlərinə yağıb.

Quba Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, Qırıza 1 santimetr, Xınalığa isə 3 santimetr hündürlüyündə qar düşüb. Qarın yağması ilə əlaqədar temperatur mənfi 2 dərəcə təşkil edir.