Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tutduğu vəzifədən azad edilərək, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Qafqazinfo.az saytının yaydığı xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsinə isə Yasamal rayon polis idarəsinin rəisi Əkbər İsmayılov təyin olunub.

Onu da qeyd edək ki, Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev bir müddət əvvəl dünyasını dəyişib.