Axar.az Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan "Zvezda” kanalına istinadən xəbər verir ki, Bəşər Əsədin qüvvələri sutka ərzində Həma vilayətinin şimalında 70 km-ə yaxın irəliləyib. Hazırda Suriya ordusunun Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Latamna şəhərinə doğru hərəkət etdiyi, müxaliflərin isə İdlibin cənubuna, Türkiyə sərhədlərinə doğru çəkildiyi bildirilir. Kanal əməliyyatdan eksklüziv görüntüləri də yayımlayıb.
Qeyd edək ki, ötən gün səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinin müxalifləri bombalamasından sonra Suriya ordusu quru əməliyyatlarına başlayıb.