Türkiyənin Baş naziri Əhməd Davudoğlu III Dünya savaşının başlanması ilə bağlı fikirlərini bölüşüb.
Mia.az Axar.az-a istinadən xəbər verir ki, hökumət rəhbəri hələ ki belə bir təhlükənin yaranmadığını deyib:
"Rusiyanın son müdaxiləsi, xüsusilə sərhədlərimizi pozması böyük bir səhv idi. Suriya daxilində olan böhran Türkiyəni də cənginə ala bilər. Hüquq pozuntuları davam edərsə, nə olacağını demək çox çətindir. Diplomatik danışıqlar davam edir. Müharibənin bir hissəsi olmaq istəmirik. Dünya savaşının yaranmaması üçün hər kəs həssas olmalıdır. Hazırda belə bir narahatlığımız yoxdur. Bunun üçün təhlükəsizlik toplantısı keçirdik, özünümzdəki günlərdə yenə keçirəcəyik. Baş qərargah rəisi Azərbaycandan qayıtdı, onunla təkrar danışdım. Biz ölkəmizin gələcəyi, millətimizin xoşbəxtliyi üçün hər cür ssenariyə hazır olmalıyıq”.