Rusiyanın hərbi döyüş gəmiləri Suriyada İŞİD mövqelərinə zərbələr endirib.

"RİA Novosti"nin məlumatına görə, həmlə rusların Xəzər dənizindəki gəmilərindən edilib. Bu barədə Rusiya prezidenti Vladimir Putinə müdafiə naziri Sergey Şoyqu deyib.

Rusiya başçısının sözlərinə görə, İŞİD mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasındanendirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla endirilib. Zərbələr nəticəsində bütün hədəflər məhv edilib.

Qeyd edək ki, bir az əvvəl Sergey Şoyqu bildirib ki, Rusiya İŞİD-in mövqelərinə 26 raket zərbəsi endirib. Əməliyyatda Rusiyanın 4 hərbi gəmisi iştirak edib.

Xatırladaq ki, Rusiya İŞİD-ə qarşı əməliyyatı ötən həftə başlayıb. İlk öncə Rusiya İŞİD-in mövqelərinə qırıcılarla zərbə endirməyə başlayıb(Baku.ws).