Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxıb.

Mia.az AzVision.az-a istinadən xəbər veriir ki, bu barədə universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb: "Hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb".

Mia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə Facebook-da isə bu məlumat təkzib edib. Bildirib ki, Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxmayıb: "Cənab nazir dərslərdə ən aktiv iştirak edən kafedra müdiridir. Mətbuatda cənab nazirin həmin vəzifədən çıxması barədə məlumatlar doğru deyil”.

Mia.az