Rusiyanın
"TNT” telekanalında yayımlanan serialda azərbaycanlı meyxana ustadının
yaradıcılığına müraciət olunub.
Mia.az xəbər verir ki, jurnalist
Fuad Mədətov həmin meyxana ustası ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib.
Belə ki, bu barədə səbəbkar, Azərbaycanda öz dəsti-xətti ilə tanınan meyxana
ustadı Nicat Mənalı xəbərdar olduğunu bildirib:
"Rusiyanın
"TNT” telekanalında yayımlanan "İzmeni” teleserialında sözləri və musiqi müəllifi
olduğum rus dilində "Krassaviça maya” adlı mahnım səslənib. Mahnı filmin 2
seriyasında – 1-ci və 4-cü seriyasında səslənib. Bununla bağlı "TNT” telekanalının
əməkdaşı ilə müqavilə imzalamışam”.
Meyxana
ifaçısı onu da qeyd edib ki, yaxın günlərdə dinləyicilərin ixtiyarına
"Krassaviça maya” mahnısının remiks variantı təqdim olunacaq:
"Sənətimin
başqa bir dövlətdə izlənməsi, sevilməsi və filmdə mahnımın səslənməsi doğrudan
da çox sevindiricidir. Bu, meyxana sənətinə və gələcəkdə meyxana yaradıcılına üstünlük
verən böyük bir təkandır. Bu baxımdan da yaxın günlərdə "Krassaviça maya” mahnısının remiks variantını hazırlayıram.
Artıq mahnının Rusiya telekanallarında yayımlanmasına vəd almışam.”
Məlumat
üçün bildirək ki, Nicat Mənalı "Dostluq”, "Fani dünya”, "Gecələr”, "Emin və
Firuzə” adlı bir çox musiqi əsərlərinin müəllifidir.