Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Oktyabrın 1-də ləğv edilmiş Xüsusi rejimli vergi xidməti departamentinin rəisi Zaur Fətizadə nazir Fazil Məmmədovun müşaviri təyin edilib.

Nazirlikdən APA-ya faktı təsdiqləyiblər.

Xatırladaq ki, oktyabrın 1-də Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.