Türkiyənin Mardin bölgəsində PKK-ya qarşı hərbi əməliyyatlar davam edir.   

Axar.az xəbər verir ki, bu barədə Mardin Valiliyi informasiya yayıb. Məlumatda terrorçuların sığınacaq və anbar sahələrinin yerlə-yeksan edildiyi, fövqəladə vəziyyət elan edilən bölgələrdə də vətəndaşların təhlükəsizliyinin ən yüksək səviyyədə qorunduğu bildirilib   

Əməliyyatlar zamanı 9 terrorçunun öldürüldüyü, 2 sıravi vətəndaşın da PKK-nın açdığı atəş nəticəsində yaralandığı qeyd edilib.