Türkiyə Rusiyadan ölkənin hava məkanını pozmağı qadağan edən prinsipə hörmət etməyi tələb edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Ə.Davudoğlu bildirib ki, Rusiya və Türkiyə arasında əlaqələr Suriya böhranına görə zərər görməməlidir: " Ankara Rusiya ilə əlaqələri korlamaq istəmir. Lakin bununla yanaşı, Rusiya Türkiyənin Suriyada maraqlarını nəzərə almalıdır".