Bu gün Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” Qanuna dəyişiklik edilməsi barədə Fərman verib.

Mia.az xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətinin artırılmasından bəhs edən fərmanda deyilir:

""Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 465 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 742) 2-ci hissəsində "Nazirliyi” sözündən sonra ", Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilsin".