Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) olub.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən "Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və "Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.
Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib(APA).
Mia.az xəbər verir ki, həm 8, həm də 11-ci sinif "Azərbaycan dili" dərsliyi son günlər cəmiyyətin ciddi müzakirə mövzusudur. Belə ki, hər iki dərs vəsaitində küçə söyüşləri və orta məktəb şagirdlərinin danışıq tərzinə uyğun olmayan ifadələr yer alıb. Mütəxəssislər bu dərs vəsaitlərinin şagirdlərin təlim-tərbiyyəsinə kəskin təsir etdiyini qabardaraq, hər iki dərsliyin yığışdırılmasını tələb etməyə başlayıblar...
Mia.az hər iki dərslikdən bir rüsvayçı faktı şərhsiz təqdim edir:

8-ci siniflər üçün "Azərbaycan dili" dərsliyindən

10-cu sinif "Azərbaycan dili" dərsliyi
MİA.AZ