Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən Qurban Rəşid oğlu Abbasov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Qazax Rayon Məhkəməsinin hakimi təyin olunub.
Onu da qeyd edək ki, bir müddət əvvəl Məhkəmə-Hüquq Şurası Qurban Abbasova xəbərdarlıq etmişdi.
Q.Abbasov 1952-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 26 Bakı komissarı (indi Səbail) Rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsi, məhkəmə icraçısı, baş məhkəmə icraçısı, 8 saylı Hüquq Məsləhətxanasında vəkil, Bakı şəhər 8 saylı Hüquq Məsləhətxanasının müdiri, Respublika Apellyasiya Məhkəməsinin hakimi çalışıb.
2007-ci ildən indiyədək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (əvvəlki adı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi olub) hakimi idi.
