Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun 62 saylı Saatlı seçki dairəsindən namizədliyi rəsmən təsdiqlənib.
Mia.az xəbər verir ki, bu barədə MSK-nın saytında xəbər verilib.
Məlumat üçün bildirək ki, 1995-ci ildən bu seçkiydək 62 saylı dairədən akademik Cəlal Əliyev deputat olub. Budəfəki seçkidə isə, o, yarışdan geri çəkilib. YAP buna görə də həmin dairədən bələdiyyə sədri Nazim Rəşidovun namizədliyini irəli sürüb.