Bu gün YAP-ın 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizədi olan Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Kamran Bayramovun namizədliyi də təsdiqlənib.
Mia.az xəbər verir ki, bu barədə MSK-dan məlumat verilib. Gözlənilir ki, bu gün hakim partiyanın digər namizədlərinin də qeydə alınması rəsmiləşəcək.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrın 1-də keçiriləcək.