Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkisində YAP-ın siyahısı ilə önə çıxarılan bəzi namizədlərin formal xarakterli olmaları diqqəti çəkir. Hətta bu namizədlərin bəzilərinin seçkinin gedişatına uyğun olaraq geri çəkiləcəkləri də ən ciddi dairələrdə müzakirə olunmağa başlayıb.
Maraqlı budur ki, adı siyahıda olan və seçilməsinə "yaşıl işıq" yandırılacaq bəzi namizədlərin isə başqa səbəblərdən ciddi problemlərlə üzləşməsi haqda indidən ciddi informasiyalar yayılır. Belə namizədlərdən biri də YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə namizədi, deputat, "Azəraqrartikinti" ASC-nin idarə heyətinin sədri Ağalar Vəliyevin olduğu bildirilir.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, Ağalar Vəliyevə 5 il təmsil etdiyi 11 saylı Qaradağ seçki dairəsindən yenidən şans verilməməsinin çox ciddi səbəbləri var:

Ağalar VƏLİYEV
"Bilirsiniz ki, YAP bu dəfə 11 saylı Qaradağ seçki dairəsindən Ağalar Vəliyevin deyil, Maliyyə Nazirliyinin Səbail rayonu üzrə Xəzinədarlıq İdarəsinin rəisi, partiyanın Qaradağ təşkilatının sədri olan Aydın Hüseynovun namizədliyini irəli sürüb. İlk baxışdan burda qəribə məsələ olmadığı görünsə də, əslində, həmin dairə üzrə ciddi qalmaqallar olub. Hansı ki, deputat Ağalar Vəliyev yenidən həmin dairədən seçkiyə qatılmaq istəyi ilə hələ iyul-avqust aylarında seçicilərlə görüşlərə başladı. Həmin görüşlərlə bağlı xəbərlər mətbuatda geniş təbliğ edildi. Ancaq avqustun ikinci ongünlüyündə ona bu dairə üzrə təbliğat xarakterli görüş keçirməsi, hətta seçiciləri ilə təmas qurması belə, rəsmən qadağan edildi. Rayonun icra başçısı Süleyman Mikayılov bununla bağlı tabeliyindəki bütün icra qurumlarına sərt tapşırıq verdi. Həmin vaxtı icra başçısı ilə bunun səbəbini dəqiqləşdirmək istədikdə isə aldığı cavab daha ağır olub: "Səni daha burada görmək istəmirəm". Ağalar Vəliyev bu cavabdan sonra "hamiləri"nə şikayət etsə də, ona susması məsləhət olunub".
Mənbə deyir ki, sentyabrın əvvəlində isə ona doğulduğu rayondan - Yevlaxdan namizəd olacağının siqnalı verilib:

Mənbə bildirir ki, üzləşdiyi xoşagəlmz zərbələrdən sonra aşağılandığını və "arzuolunmaz fiqur" olduğunu düşünən Ağalar Vəliyev, etiraz olaraq hazırda namizəd göstərildiyi dairədən geri çəkilmək niyyətini də gizlətməyib:
"Onun bir neçə dəfə "əgər məni istəmirsinizsə, heç seçkiyə getmirəm" dediyi də faktdır. Lakin onu inandırıblar ki, daha belə aşağılanmış durumla üzləşməyəcək. Yəni, indi namizəd olduğu dairələrin heç birindən ona problem yaradıla bilməz. Maraqlıdır ki, bu vədlər də onun küskünlüyünü təmin etməyib. O, həddən artıq ruh düşkünlüyü içindədir...".