Bu gün Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür. Ölkəmizdə yeni dərs ili başlayır, təxminən 150 mindən çox oğlan və qız ilk dəfə məktəbə ayaq basacaq, birinci sinfə gedəcək. 

Yeni dərs ili üçün paytaxtın 330 məktəb binasından 25-i əsaslı təmir olunub. 2 yeni məktəb binası tikilib, 5 məktəbdə isə yüksək keyfiyyətli cari təmir işləri aparılıb. Respublikanın müxtəlif bölgələrində il ərzində 105 məktəb binası tikilib, 36 məktəb isə əsaslı təmir olunub. 

Yeni dərs iliniz mübarək!