Xalq artisti Habil Əliyev dünyasını dəyişib.
Mia.az xəbər verir ki, bu barədə ans press-ə xalq artistinin yaxınları məlumat verib.
Habil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.
Allah rəhmət eləsin.