2016-cı ildə keçiriləcək Avropa çempionatının seçməmərhələsi çərçivəsində sentyabrın 3-də keçirilən Azərbaycan-Xorvatiya oyununu bir sıra dövlət rəsmiləri də izləyib.

Mia.az xəbər verir ki, supersport.az saytının əçəkdaşı oyunu stadiondan izləyən nazir və məmurların sevincini çəkə bilib.

Oyunu izləyənlər arasında baş nazirin I müavini Yaqub Eyyubov, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də olub.

Azərbaycan millisinin oyundan 1 xalla ayrılması digərləri kimi Elmar Məmmədyarovu da sevindirib. Nazir sevincini gizlədə bilməyib, heç-heçəni fit çalmağla qeyd edib: