"Bu gün general Rasim Musayev dəfn olunacaq. Mərhumla vida mərasimi onun 9-cu mikrorayonda yerləşən evində keçirləcək”
Bu haqda modern.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.
Nazirlik rəsmisi generalın harada dəfn olunacağı barədə məlumatsız olduğunu deyib: "Düzü bununla bağlı məndə informasiya yoxdur. Yəqin ki, yaxınlarının dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılacaq”.
Hələlik təsdiqlənməmiş məllumata görə, nazir Ramil Usubov da generalın dəfnində iştirak edəcək.
Sentyabr ayının 3-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edib.
İlkin məlumata görə general ürəktutmasından dünyasını dəyişib.
