Son günlər Müdafiə Nazirliyində gözlənilməz kadr dəyişiklikləri, Zakir Həsənovun iyüksək rütbəli zabitlərin işdən azad edilməsi prosesi davam edir. 

Mia.az xəbər verir ki, belə bir ərəfədə aznews.az işdən çıxarılan nazirlik işçilərinin siyahısını əldə edib.

Şok effekti yaradacaq həmin siyahını təqdim edirik:

1. Hərbi hava hücumlarından müdafiə qoşunlarının rəisi, polkovnik-leytenant Tofiq Abbasov;

2. Silahlı Qüvvələrin Avtomobil Xodməti rəisi, polkovnik Kamran Məlikov;

3. Silahlı Qüvvələrin Yanacaq Xidməti rəisi, polkovnik Hüseyn Vəliyev;

4. Silahlı Qüvvələrin Zirehli Tank Xidməti rəisi, polkovnik Elxan Hüseynov;

5. Silahlı Qüvvələrin Ərzaq Xidməti rəisi, polkovnik Malik Qurbanov;

6. Silahlı Qüvvələrin Raket- artileriya silahları rəisi-Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik Yaqub Əhədov;

Bunlardan başqa Silahlı Qüvvələrin Baş İnspeksiyası İdarəsinin 25 nəfərə yaxın zabit heyətinin hamısı vəzifədən azad edilib. 

Məlumat üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz siyahıdakı şəxslərin hamısı həmin vəzifələrə Zakir Həsənov nazir təyin ediləndən sonra gətirilib.