Türkiyənin Baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı ona həvalə olunan səlahiyyətlərini təhvil verib.

Prezident Rəcəb Tayyib Ərdoğanla 1 saat 25dəqiqə sürən görüşdən sonra Baş nazirin öz missiyasını dövlət başçısına həvalə etdiyi haqqında yazılı açıqlama yayılıb.

Açıqlamada bildirilir ki, Prezident koalisiya hökumətinin qurulması istiqamətində göstərdiyi xidmətlərinə görə baş nazirə təşəkkür edib.