"Sentyabr ayında bank sektorunda ixtisarlara və filialların bağlanmasına start veriləcək”.

Bunu iqtisadçı Samir Əliyev deyib. Ekspert daha bir neçə bankın bağlanacağını istisna etməyib: "Ən azı bir bankın bağlanması da mümkündür. Ancaq möcüzə, yəni neftin bahalaşması bu prosesi ertələyə bilər. Bu möcüzənin baş verməsi isə çətin görünür”.