Dünən gecə saatlarında Masallı rayonunda dəhşətli yanğın olub.

Mia.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Yolağac kəndində baş verib.

Yalçın Abbasquliyevə məxsus ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibinin oğlu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Yanğın saat 03:50-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.