Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistan ordusunun əsgəri öldürülüb.

Karen Ovannisyan cəbhə xəttinin şərq hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Karen Ovannisyanın 12:30-da təmas xəttinin şərq istiqamətində yerləşən hərbi hissəsinin döyüş dayaq məntəqəsində ölümcül güllə yaralanmasından öldüyünü qeyd edib.