Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğu vurğulanıb, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək, onu "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edib.