Mia.az FHN-ə istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri yanıb.
Yanğın nəticəsində binadan 20 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunaraq, yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.